
Goranboy rayonunda it 64 yaşlı qadını parçalayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Safıkürd kəndində qeydə alınıb.
Kənd sakini Müşgünaz Qəribova it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.
Vəziyyəti orta ağırdır.