Azərbaycan Basketbol Liqasında XX turun oyunları keçirildi

  • By Günel
  • 06 Aprel 2025 16:16

Azərbaycan Basketbol Liqasında (ABL) XX turun oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, axırıncı turun nəticələrindən sonra A qrupunun lideri “Sabah”, ikinci sıranın sahibi “Naxçıvan” və qrupun ən güclü üçüncü komandası “Neftçi” birbaşa pley-offa vəsiqəni təmin edib.

“B” qrupunu ilk pillədə bitirmiş “Şəki” klubu da birbaşa pley-off mərhələsinə yüksəlib.

Reqlamentə əsasən digər klublar mübarizəyə pley-in mərhələsindən start verəcəklər:

Pley-in cütlükləri:

“Sumqayıt” – “Sərhədçi”

“Gəncə” – “Lənkəran”

“Ordu” – “Quba”

“Abşeron” – NTD

Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.

Gununsesi.info