Goranboyda toyda kütləvi dava düşdü

  • By Günel
  • 05 Aprel 2025 23:18

Goranboyda toy məclisində dava düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayon mərkəzində fəaliyyət göstərən “Bahar” şadlıq sarayında baş verib.

İlkin məlumata görə, insident musiqi sifarişi üstündə olub.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Məlumata görə, insidentdə iştirak edən neçə nəfər Goranboy rayon Polis Şöbəsinə aparılıb.

Gununsesi.info