
Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsündə baş verib.
İkisi “Mersedes” markalı maşın olmaqla, 3 minik avtomobili bir-birinə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib və körpü üzərində nəqliyyatın normal hərəkətində qısa müddətli tıxac yaşanıb.
Faktla bağlı araşdırma aparılır.