“Nissan” Trampın tariflərindən yayınmaq üçün…

  • By Günel
  • 05 Aprel 2025 22:48

“Nissan” ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmaq üçün istehsalın bir hissəsini ABŞ-yə köçürməyi düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Eyni zamanda, şirkət ABŞ-də mövcud istehsalın azaldılmasını qismən ləğv edəcək.

“Nissan” həmçinin ABŞ-də əlavə iş yerlərinin açılması üçün Ağ Evlə danışıqlara başlayacaq.

Gununsesi.info