Rövşən Rüstəmov Milli Qəhrəmanın qardaşını işdən çıxardı - FOTO

  • By Günel
  • 06 Aprel 2025 16:31

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, “Əməkdar həkim” adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Adil Şükürov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Şahlar Şükürovun qardaşıdır.

Gununsesi.info