
Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub.
Gununsesi.info xəbər verir ki, 22 yaşlı rayon sakini Samir Abbaszadə ilə İkram Babayev arasında mübahisə yaranıb.
Mübahisə zamanı İkram Babayev Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.