Neftimizin qiyməti 69 dollara düşdü

  • By Admin2
  • 05 Aprel 2025 12:31

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelinə qiyməti 3,85 ABŞ dolları və ya 6,2% azalaraq 69,64 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 73,49 ABŞ dollarına ticarət edilir.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Gununsesi.info