
Suriya prezidenti Şaraa Avropa İttifaqı ölkələrindən birinə ilk səfəri çərçivəsində Parisdə Fransa lideri Makronla görüşəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya prezidenti Əhməd Şaraa bu gün Fransanın paytaxtı Parisə səfər edəcək.
Xəbər ilk dəfə Fransa mətbuatında çıxdı. Bu, Şaraanın Avropa İttifaqının üzvü olan ölkəyə ilk səfəri olacaq.
Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun Parisdə Şaraanı qəbul edəcəyini və xalqının bütün elementlərinə hörmət edildiyi yeni, azad və sabit Suriyanın qurulmasına dəstəyini ifadə etdiyini açıqladı.
Görüş yerli vaxtla saat 15:15-də başlayacaq.
Orxan