Bakıda mağaza yandı

Bakının Xətai rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m² olan mağazada piştaxta 6 m² sahədə və qismən 2 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info