
Səhər saatlarında Mingəçevirdə fərdi evdə yanğın olub.
Gununsesi.info xəbər verir ki, hadisə Heydər Hüseynov küçəsində yerləşən həyət evində baş verib.
5 otaqlı evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə daha da genişlənib.
Vaxtında hadisə yerinə gələn yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində evin digər hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.(Teleqraf)