Dünənki zərbələrdən sonra aeroport işini dayandırdı - Video

Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı İsrail ordusunun zərbələrindən sonra fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı hava limanının direktoru Xaled aş-Şayef “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, aeroport növbəti göstərişə qədər bütün reyslərin qəbulunu və yola salınmasını dayandırıb.

Xatırladaq ki, İsrail ordusu mayın 6-da Yəmənə genişmiqyaslı zərbələr endirib. Zərbələrin əsas hədəfi Səna aeroportu olub. Nəticədə hava limanının əsas sərnişin terminalı və bütün texniki məkanlar dağıdılıb, ərazidə olan bir neçə mülki təyyarə isə yanıb.

Gununsesi.info