Kilsə tarixində iz qoyacaq seçki başladı

Katolik Kilsəsinin yeni lideri onun tarixindəki ən izdihamlı və qeyri-müəyyən konklav tərəfindən seçiləcək. Vatikanın taleyini Sikstin kapellasının bacasından qalxan tüstü elan edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin vəfatından sonra dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsində bütün gözlər növbəti Papanın kimin olacağına çevrilib.

Katolik Kilsəsinin 267-ci Papasının təyin ediləcəyi tarixi Konklavda İtaliyada 80 yaşdan aşağı və seçkiyə qatılmaq hüququ qazanan 133 kardinal bir araya gəldi.

Kardinallar xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasında gizlilik andı içəcəklər. Daha sonra latınca “işi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri veriləcək və kardinallar xarici dünya ilə bütün əlaqəni kəsəcəklər.

Orxan

Gununsesi.info