
ABŞ-nin Arizona ştatında yaşayan 76 yaşlı pastor Uilyam Şoneman evində şübhəli şəraitdə ölü tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər Şonemannın cansız cəsədi çarpayısında qolları uzadılmış, əlləri divara bərkidilmiş vəziyyətdə tapıldığını deyiblər.
Məhkəmə tibb işçiləri yaşlı keşişin böyük ehtimalla qətlin qurbanı olduğunu bildiriblər.

Marikopa qraflığının şerif müavini Will Jinks verdiyi açıqlamada, “Hadisə yerində apardığımız müşahidələrə əsasən, biz bir qətldən şübhələnirik. İstintaqın bütövlüyünü qorumaq üçün hazırda konkret və həssas detalları paylaşa bilmərik” deyib.
Orxan