
Mingəçevir şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Səhər saatlarında Mingəçevirdə fərdi evdə yanğın olub.
Gununsesi.info xəbər verir ki, hadisə Heydər Hüseynov küçəsində yerləşən həyət evində baş verib.
5 otaqlı evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə daha da genişlənib.
Vaxtında hadisə yerinə gələn yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində evin digər hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.(Teleqraf)