KİV: Trampın tarifləri Çinin nüfuzunu artırdı

  • By Günel
  • 29 Aprel 2025 08:36

ABŞ Prezidenti Donald Trampın idxal olunan mallara gömrük rüsumları tətbiq etmək qərarı Çin üçün əsl hədiyyə olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

“Çin artıq bundan istifadə edir və ABŞ-nin müttəfiqlərini daha etibarlı nəhəng bazar kimi cəlb edir. Trampın müttəfiqlərə tətbiq etdiyi rüsumlar Çin lideri Si Cinpinə əsl hədiyyədir”, – nəşr yazır.

Həmçinin qeyd olunu ki, yeni ticarət razılaşmalarına nail olmaq kifayət qədər çətin olacaq. Həmçinin bu, Trampın ikinci prezidentlik müddətini təhdid edə biləcək ciddi problemlər yarada bilər.

Gununsesi.info