Gəncədə iki nəfər bıçaqlandı - Biri öldü

  • By Günel
  • 28 Aprel 2025 22:13

Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Bıçaqlanan şəxslər 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbovdur. Məlumata görə, Eyyub Talıbovun həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralının isə vəziyyəti ağır olaraq qalır.

Gununsesi.info