Pezeşkian ilə Eldar Əzizov arasında maraqlı dialoq - VİDEO

  • By Günel
  • 28 Aprel 2025 23:17

Azərbaycanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edib.

Gununsesi.info xəbər verir ki, E.Əzizov qonağa paytaxt barədə məlumat verib.

İran Prezidenti Bakıda nə qədər əhalinin yaşadığını soruşub.

Eldar Əzizov – Bakı şəhərinin rəsmi olaraq 3,5 milyon əhalisi var.

Məsud Pezeşkian – Azərbaycanın nə qədər əhalisi var?

Eldar Əzizov – 10 milyondan bir qədər çoxdur.

Məsud Pezeşkian – 10 milyon… yarısı burdadır?

Eldar Əzizov – Paytaxtdır da…