Mirzoyan Berbokla sülh müqaviləsindən danışdı

  • By ilhame
  • 25 Sentyabr 2024 19:04

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan görüşüblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Mirzoyan “X” hesabında paylaşım edib.

 

Ermənistanlı nazir vurğulayıb ki, görüş zamanı tərəflər Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı müzakirələr aparıb:

 

“Ermənistan ilə Aİ arasında münasibətləri, eləcə də regional mövzuları müzakirə etdik. Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi apardıq”.

Gununsesi.info