Mübariz Mənsimov: “Yenə də gələ bilmədim…”

Xəbər verdiyimiz kimi sabah Heydər məscidində Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun il mərasimi keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, Mübariz Mənsimov bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah mərhum atamın il mərasimidir. İyunun 20-də saat 10:00-dan Heydər məscidində anım mərasimi təşkil olunacaq.

Amma mən yenə də gələ bilmədim.

Mən yenə də əziz atamın məzarını ziyarət edə bilmədim. Lakin siz oradasınız – mənim dostlarım, qardaş və bacılarım.

Bilirəm ki, il mərasimində ən yüksək səviyyədə iştirak edəcək, mərhum Atamın ruhunu layiqli şəkildə yad edəcəksiniz.

Allah dünyasını dəyişmiş bütün valideynlərə rəhmət eləsin, həyatda olanlara möhkəm cansağlığı nəsib etsin”.

 

Gununsesi.info