Azərbaycan idmançısı Avropa birinciliyinin qalibi olub

  • By ilhame
  • 19 İyun 2024 13:35

Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub.

 

Gununsesi.info xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda təmsilçimiz İsa Əliyev körpücük üzərinə çıxıb.

 

O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.

 

İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

 

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gununsesi.info