
VHP sədri, deputat Sabir Rüstəmxanlı doğulduğu Yardımlı rayonunda pis sürprizlə rastlaşıb.
Gununsesi.info bildirir ki, doğma yurduna gedən Sabir Rüstəmxanlının mobil telefonuna “İrana xoş gəlmisiniz” mesajı yazılıb.
“Azercell” i tənqid edən deputat sosial şəbəkə hesabında yazıb: “Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən”!
Gununsesi.info