
Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya prezidenti Vladimir Putinə yaxın olan milyarder Boris Rotenberqin həyat yoldaşı Avropada istirahətini davam etdirir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Karina Rotenberq Fransanın hal-hazırda nüfuzlu kurortlarından birində dincəlir.
O,-Cap-Martin şəhərində yerləşən studiyada Pilates dərsindən çəkilmiş videonusu İnstaqram hesabında paylaşıb.
Məlumata görə, 2014-cü ilin mart ayından Boris Rotenberq Krımın ilhaqı ilə bağlı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğuna görə ABŞ-ın qara siyahısındadır.
Sızdırılan sənədlər onun həyat yoldaşının ən azı 2013-cü ildən ABŞ vətəndaşı olduğunu göstərir. Vaşinqton ona qarşı sanksiyaları yalnız 2022-ci ildə tətbiq etdib və bundan sonra Amerika bankı onun evini borclarına görə müsadirə edib.
Daha sonra genişmiqyaslı müharibə başlayandan sonra iş adamının özü Böyük Britaniya, Yaponiya, Kanada, İsveçrə, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına daxil edilib.
Xarici media yazır ki, Karina Rotenberq Moskva Atçılıq Federasiyasına rəhbərlik edir. Həyat yoldaşı ilə birlikdə o, Avropada elit tövlələrə və 24 ata sahibdirlər. Bəzilərinin qiyməti 900 min avrodur.
Bundan əlavə onun ümumi sahəsi 1300 m² olan iki villası və Ezedə bir mənzili də var.
Eyni zamanda Kot d’Azurda iki torpaq sahəsi və bir təyyarə anqarı alıb.
Əvvəllər OCCRP araşdırma layihəsi , iş adamının Fransa Rivierasında daha iki villasının olduğunu bildirmişdir.
2022-ci ilə qədər Rotenberqin arvadı ərinə Rusiya banklarının xaricdəki filiallarından kreditlər hesabına maliyyə yardımı edib.
Sızdırılan sənədlərə görə, Rotenberqin arvadı ərinin bütün Qərbdəki daşınmaz əmlakının yarısına sahibdir. Məsələn, onun Monakodan 50 km aralıda yerləşən Mouans-Sartoux-da 30 hektarlıq mülkdə payı var. 2014-cü ildə bu, 17 milyon avro olaraq qiymətləndirilib. Cütlüyün təkcə Monako və Fransadakı aktivlərinin ümumi dəyəri 60 milyon avrodan çoxdur.
Məlumata görə Putinin dostları milyard dollarlıq aktivlərini restrukturizasiya, rəsmi sahibləri dəyişdirməklə və digər sxemlər vasitəsilə gizlədiblər.
Şəbnəm
Gununsesi.info