Türk və gürcü azarkeşlər arasında matçdan öncə dava olub

  • By ilhame
  • 18 İyun 2024 19:42

Xəbər verdiyimiz kimi, Türkiyə və Gürcüstan yığmaları Avro-2024-ün qrup mərhələsinin ilk turunda üz-üzə gələcəklər.

 

Gununsesi.info xəbər verir ki, matçdan əvvəl komandaların azarkeşləri arasında dava düşüb.

 

Belə ki, Dortmund şəhərindəki stadionun tribunalarında azarkeşlər mübahisə edib. Sonra bu, davaya çevrilib. Aranı təhlükəsizlik qüvvələri sakitləşdirib.

Gununsesi.info