Putin 24 ildən sonra Şimali Koreyaya gedir

Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.

News24.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında Rusiyanın Uzaq Şərq regionuna səfəri zamanı Putini dəvət edib.

Putin 2000-ci ilin iyulundan, prezidentliyinin birinci ilindən bəri Pxenyana səfər etməyib.

Putinin Pxenyana planlaşdırılan səfəri iki təcrid olunmuş ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir.