Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb

  • By ilhame
  • 18 İyun 2024 21:00

“ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb”.

 

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

 

Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.

 

Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:

 

“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.

Gununsesi.info