Yığmamız 12 yerdə qərarlaşıb

  • By ilhame
  • 18 İyun 2024 13:40

Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsindən sonra yarışın ümumi cədvəli açıqlanıb.

Gununsesi.info xəbər verir ki, arxada qalan 5 raundda 28 komanda iştirak edib.

Azərbaycan millisi 95 xalla 12-ci yerdə qərarlaşıb. Komandamız iki mərhələdə iştirak edib. Yığmamızın hesabına Qəbələdə 6-cı yer 45, Klermon-Ferrandakı 5-ci yer 50 xal gətirib.

“Baku Flames” isə 35 xalla 27-ci pillədə yer alıb. Yalnız Qəbələ mərhələsinə qatılan təmsilçimiz 8-ci yerin sahibi kimi 35 xal əldə edib.

Qeyd edək ki, siyahıya 250 xala malik Fransa başçılıq edir. “Üçrənglilər” qatıldığı 3 mərhələdən ikisində qalib olub.

Gununsesi.info