
Bir zamanlar Türkiyənin hakim partiyasına yaxın olan Sedat Pekerin münasibətləri sonrada Ərdoğan höküməti ilə düşmənçilik səviyyəsinə çatdı.
Sedat Peker xüsusilə Türkiyənin keçmiş Daxili İşlər naziri Süleyman Soylu ilə bir-birinə ağır ittihamlarla uzun müddət Türkiyə mediasının gündəmini zəbt etmişdir.
Hal-hazırda axtarışda olan Sedat Pekerin adına Türkiyənin bəzi şəhərlərində ehtiyacı olan ailələrə qurbanlıq heyvanlar paylanılıb.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, heyvanların olduğu çadırların üzərinə “Sedat Peker qurban ehsan” yazılıb.
Türkiyənin bir müddətdir YouTube yayımları və sosial media paylaşımları ilə diqqət çəkdiyi Sedat Pekerdən heç bir məlumat olmasa da, sosial mediada paylaşılan video trend olub.
Bildirilir ki, paylaşılan videoda xırdabuynuzlu mal-qara ilə dolu çadır əks olunub.
Məlumata görə İstanbul və bəzi şəhərlərdə açılan çadırlarda ehtiyacı olan vətəndaşlara qurbanlıqların paylanılıb.
Qeyd edək ki, Sedat Pekerin hal-hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşadığı bildirilir.
Şəbnəm
Gununsesi.info