
Məşhur müğənni Castin Timberleyk ABŞ-nin Nyu-York ştatında həbs olunub.
Gununsesi.info-ya bu barədə bölgənin hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.
Məlumata görə, Timberleyk Hempton şəhərində sərxoş halda avtomobil idarə etdiyi üçün həbs edilib və bu gün məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, pop-ulduzun bu həftəsonu Çikaqoda iki, gələn həftə isə Nyu-Yorkda iki konserti planlaşdırılıb.
Gununsesi.info