“Şamaxı” onunla müqavilə imzaladı

  • By ilhame
  • 18 İyun 2024 13:44

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, bölgə təmsilçisi “Turan Tovuz”la müqaviləsi başa çatan Belajdi Pusini heyətinə cəlb edib.

Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Gununsesi.info