
Avropa Parlamentinə seçkilərdən sonra bu regionda bir çox siyasi liderlər ya dərin şokda, ya da bir qədər çaşqınlıq içindədirlər.
Eyni sözləri Macarıstanın baş naziri Viktor Orban haqqında demək olmaz. O, hətta öz siyasi həyatında da Avropa populistlərinin revanşının şahidi olub.
Orbanı rus təbliğatçıları yekdilliklə görkəmli sima adlandırır. Ruslar, Fransa və Almaniyanın hakim partiyalarının və liderlərinin sarsıntılı mövqeləri fonunda Orbanı Avropanın öndə gedən siyasətçi adı verirlər.
Köhnə apparat işçisi Orban, NATO`da qərarların kvorum ilə qəbul edilməsindən istifadə edərkən, Brusseldən özü üçün ayrı bir güzəştlər əldə edir.
Viktor Orbanın mövqeyi gələcəkdə bütün Alyansın altına “saatlı bomba” qoyur. Bu cür yanaşma gələcəkdə sağçı qüvvələrini NATO`da ayrımcılıqa ruhlandıra bilər və Qərbin birliyinin ciddi zərər gətirəcək. Məsəslən, Budapeşt və Brussel arasında artıq kəşfiyyat məlumatlarının bölüşdürülməsinin məhdudlaşdırılmasına səbəb oldu.
Macarıstanın rəhbərliyi ilə bağlı narahatlıq NATO-nun baş katibi Yens Stoltenberqi bu ölkəyə səfər etməyə vadar edib. Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Stoltenberqlə razılaşdığını bildirib/ Elə ki, Macarıstan Alyansda Kiyevlə bağlı qərarların qəbuluna mane olmayacaq, lakin Ukraynaya dəstəkdə iştirak etməyəcək.
Bu kompromis hər iki tərəfin Pirr qələbəsinə bənziyir. Qərbin içində olan Troya atı Macarıstan NATO həmriliyini içərdən pozarkən Rusyanın aqressiv iştahını dahada artırır və bu Vətənim Azərbaycan üçündə həyəcan siqnalıdır.
Asif Əliyev
Jurnalist