19 yaşlı oğlan çayda boğuldu

Zaqatalada 19 yaşlı gənc faciəvi şəkildə ölüb.

Gununsesi.info xəbər verir ki, iyunun 18-də 2005-ci il təvəllüdlü Balakən rayonunun Talalar kənd sakini Əliyev Ülfət Elşad oğlu Zaqatala rayonunun Uzun Tala kəndində çayda çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.