
Daşkəsəndə qayalıdan yıxılan şəxsin kimliyi məlum olub.
Gununsesi.info-nun məlumatına görə, zərərçəkən şəxs rayon sakini, 1961-ci il təvəllüdlü Vaqif Cəfərovdur.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Zərərçəkənin ehtiyatsızlıqdan qayalıq yerdən yıxılaraq dərəyə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info