Azərbaycan ağırlıqqaldıranı Yunanıstandakı Avropa çempionatında 3 medal qazanıb -Fotolar

  • By ilhame
  • 18 İyun 2024 22:10

Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.

 

Gununsesi.info-ya Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

 

Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.

 

Qeyd edək ki, yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.

Gununsesi.info