Rəşad Sadıqovdan rəqib komanda ilə bağlı - Açıqlama

  • By ilhame
  • 18 İyun 2024 19:16

Xəbər verdiyimiz kimi, bu gün “Zirə” UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq.

Gununsesi.info xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşklə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Şerif” Azərbaycan futboluna tanış rəqibdi:

“Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnanıram ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Gununsesi.info