Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub

  • By ilhame
  • 18 İyun 2024 19:23

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

 

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info