
NATO alyansı, xüsusən də ABŞ nüvə silahından istifadə riskini azaltmaq üçün Rusiya ilə danışıqlar aparmalıdır.
Gununsesi.info-nun məlumatına görə, bu barədə American Conservative (TAC) jurnalı yazır.
“NATO və xüsusən də ABŞ nüvə silahından istifadə ilə bağlı təhlükəli riskləri azaltmaq üçün Rusiya ilə danışıqlar aparmağı düşünməlidir”, – deyə qeyd edir.
Material müəlliflərinin fikrincə, Qərb ölkələri və Moskva müqavilə bağlamalıdır ki, Ukrayna NATO-ya üzv olmasın və alyans onun ərazisində öz qüvvələrini və infrastrukturunu yerləşdirməkdən imtina etsin. Rusiya ilə müharibənin qarşısını almaqda ABŞ-ın maraqları var”.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski İsveçrənin Bürgenstok şəhərində keçirilən sülh sammitindən sonra keçirilən mətbuat konfransında Kiyevin “sabah” Moskva ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Afət
Gununsesi.info