SOCAR Ukraynada ödənilmiş vergi həcminə görə liderdir

  • By ilhame
  • 18 İyun 2024 22:34

Ödənilmiş vergilərin həcminə görə SOCAR Ukraynada lider olaraq qalır.

 

2024-cü ilin birinci rübü ərzində yanacaq satışından ən çox vergi ödəyən SOCAR, işçilər üzrə vergi ödənişlərinin miqdarına görə ikinci yeri tutub.

 

Xatırladaq ki, Azərbaycan şirkəti ötən ildə də Ukraynada vergilərin ödənilməsi üzrə birinci olub və cari ilin ilk üç ayı ərzində də liderliyini inamla qoruyub saxlayıb.

Gununsesi.info