“Meydan” TV-nin mühacirətdə olan keçmiş əməkdaşı Bakıya gəldi - HAVA LİMANINDA SAXLANILDI

  • By admin
  • 14 İyun 2024 15:45

Meydan Tv-nin Almaniyada mühacir həyatı yaşayan  keçmiş əməkdaşı Şirin  Abbasov (Tire)  könüllü şəkildə Bakıya qayıdıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə onu tanıyan yaxınları sosial şəbəkədə yazıb.

Bildirilir ki, Bakıya qayıdan Şirin Abbasov DSX tərəfindən hava limanında saxlanılaraq, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə təhvil verilib.

Qeyd edək ki, Şirin Abbasov 2015-ci ildə Meydan TV ilə əməkdaşlıq etdiyi zaman “bandotdel” tərəfindən saxlanılmışdı və sonradan polisə müqavimət ittihamı ilə 30 sutka həbs edilib.

Bundan sonra  o, ölkə sərhəddini qanunsuz keçərək Almaniyaya mühacir gedib. Orada jurnalistika fəaliyyətinə davam edib.

 

Elmar

Gununsesi.info