
Bir neçə gün sonra Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərlə yerli polis qüvvələri arasında yaşanan insidentin 1 ili tamam olur.
Bu olaydan 1 ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ də kənd sakinləri polis nəzarəti altında yaşayr.
Belə ki, kəndin giriş-çıxış istiqamətində qoyulan polis postu kənar şəxslərin kəndə girişini qadağan edib.
Kənd sakinləri Gununsesi.info-ya verdiyi açıqlamada bu postun qalmasının əhəmiyyətsiz olduğunu deyib.
“Yay gəlib, başqa yerlərdə yaşayan qoumə-əqraba, dost-tanış hər il kəndə gəlirdi. İndi hamı zəng edib deyir ki, bizi buraxmayacaqlar. Ona görə də bu post götürülməlidir” deyən sakinlər əlavə edir ki,
Xatırladaq ki, ötən ilin iyunun 20-də polislə qarşıdurma ilə nəticələnən aksiyadan sonra kənd sakinlərindən bir qrupu inzibati qaydada həbs edilib, bəziləri ağır pul sanksiyalarına məruz qalıb.
Olay beynəlxalq insan haqları təşkilatlarının Azərbaycan hökumətinə qarşı tənqidlərə səbəb olub.
Bu hadisələrə görə yerli sakinləri dəstəkləyən Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli özünün şikayətçi olduğu işə görə həbs edilib.
Hazırda kənddə normal həyat davam etsə də polis postu orada qalmaqdadır.
Daxili İşlər Nazirliyi polis postunun götürülüb-götürülməyəcəyi barədə sualı şərh etməyib.
Elmar
Gununsesi.info