Eldar Əzizov məhkəməyə verilib

  • By admin
  • 14 İyun 2024 12:51

Tofiq Bəhramov adına Respublika Stadionu Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yeni məhkəmə iddiası qaldırıb.

Gununsesi.info bildirir ki, bu barədə konkret.az saytı yazıb.

Məlumata görə, stadion rəsmiləri meriyadan Bakı İnzibati Məhkəməsinə şikayət ediblər. İddia inzibati orqanların aktları və hərəkətsizliyi ilə əlaqədar mübahisələrlə bağlı olub. Lakin birinci instansiya məhkəməsi stadionun iddiasını təmin etməyib.

Belə olduqda stadion rəsmiləri birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət ediblər.

İş hakim Rəşid Səmədovun icraatına verilib.

 

Gununsesi.info