Mərakeş kralı Məhəmməd “Heyvanları qurban verməyin” çağırışı etdi

Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyinin yaratdığı quraqlıq və iqtisadi səbəblərdən bu il ölkədə heyvanların qurban kəsilməməsinə çağırıb və Mərakeş xalqı adına bu ayini icra edəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mesajda bu kontekstdə qurban kəsməyin “mümkün olduğu qədər yerinə yetirilməli olan güclü bir sünnə” olduğu bildirilmiş və bu ibadəti mövcud çətinliklərlə yerinə yetirməyin xüsusilə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük yük ola biləcəyinə diqqət çəkilmişdir.

Kralın bu ibadəti Mərakeş xalqı adından edəcəyi bildirilib.

Mesajda Qurban bayramının adi mənəvi mənaları və tələbləri ilə qeyd olunacağı da bildirilib.

Qurban ritualından imtina daha əvvəl Mərakeşdə üç dəfə baş verib. 1963, 1981 və 1996-cı illərdə xalqdan heyvanları qurban kəsməkdən çəkinmək istənilib.

Orxan

Gununsesi.info