
Cənubi Sudanın Birlik əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 46 nəfər həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təyyarə paytaxt Jubaya havaya qalxdıqdan az sonra yerli vaxtla səhər saat 10:30 radələrində neft yataqlarının yaxınlığında qəzaya uğrayıb.
“Təyyarə hava limanından 500 metr aralıda qəzaya uğrayıb”, – rəsmilər bildirib. Təyyarədə 21 nəfər olub. “İndiyə qədər yalnız bir nəfər sağ qalıb.”
Araşdırmaya başlanılacağını bildirən İnformasiya Naziri, “Ştat hökuməti bu qəzadan çox kədərlənir” deyib.
2011-ci ildə müstəqillik qazanmış və xroniki iqtisadi və siyasi böhranın məngənəsində olan gənc ölkə Cənubi Sudanda etibarlı nəqliyyat infrastrukturu yoxdur.
Təyyarə qəzaları çox vaxt həddindən artıq yüklənmə və pis hava şəraiti ilə əlaqələndirilir.
Orxan