Zelenski fevralın 28-də ABŞ-yə gedəcək

  • By Günel
  • 26 Fevral 2025 21:44

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin fevralın 28-də Vaşinqtona səfər edəcəyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, ABŞ-də Ukrayna mineralları ilə bağlı saziş imzalanacaq.

Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib: “Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük razılaşma olacaq saziş imzalayacağıq”.

Xatırladaq ki, Fevralın 25-də Tramp Zelenskinin müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələ biləcəyini söyləmişdi.

Gununsesi.info