
Rusiya nümayəndə heyəti ABŞ ilə görüşmək üçün ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna gəlib.
Gununsesi.info Türk mediasına istinadən verdiyi xəbərə görə, Reuters xəbər verir ki, görüşdə ikitərəfli fikir ayrılıqları müzakirə olunacaq.
Bildiririk ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Rusiya və ABŞ nümayəndə heyətlərinin səfirliklərin qarşılıqlı fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda görüşəcəyini açıqlayıb.
Onların nümayəndə heyətləri ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynadakı müharibənin sülh yolu ilə həlli və Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüşə hazırlıqla bağlı danışıqlar aparıblar.