Məhkəmə Hüseyn Abdullayevə 9 il həbs cəzası verdi

Sabiq deputat Hüseyin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 9 il  müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

 

Gununsesi.info