İsrail Nəsrullahın dəfn mərasiminə hücum etməyi planlaşdırır: "Bu, bəzi iştirakçıların ölümü ilə nəticələnəcək"

İsrail Baş Qərargah rəisi Herzi Halevi Hizbullahın baş katibi Həsən Nəsrullahın fevralın 23-də Livanın paytaxtı Beyrutda keçirilən dəfn mərasiminə hücum etməyi düşündüklərini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Kanal 14 televiziyası Halevinin hərbi tələbələr qarşısında etdiyi çıxışın görüntülərini yayımlayıb.

Halevi çıxışında “Bu, Nəsrullahın dəfn mərasimində iştirak edənlərin bəzilərinin ölümü ilə nəticələnəcək” deyib.

O, hava hücumu təşkil etməyi düşündüklərini bildirib.

Dəfn günü avtomobilində təkbətək görüş keçirdiyini bildirən Halevi görüşün Nəsrullahın dəfn mərasimi ilə bağlı olduğunu və bu qərarı dəyərləndirdiklərini bildirib.

Bu vəziyyətin İsrail ordusunun qərarlarının ciddiliyini göstərdiyini müdafiə edən Halevi, Nəsrullahın dəfn mərasimi zamanı İsrail döyüş təyyarələrinin Beyrut səmasında uçduğunu xatırladıb.

Orxan

Gununsesi.info