Sumqayıtda silah-sursat aşkarlanıb

  • By Günel
  • 27 Fevral 2025 09:42

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində və Bulvar ərazisində qeydə alınıb.

Hər iki ərazidən ümumilikdə 2 ədəd “AKM” markalı “Kalaşnikov” avtomatı və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info