Sevgilisini küçənin ortasında öldürdü

İstanbulun Şişli rayonunda qadın küçənin ortasında qətlə yetirilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, qadın hadisə yerində ölərkən, qatil eyni silahla başına atəş açaraq ağır yaralanıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib.

Hadisə yerində araşdırmalar davam edir.

Hadisənin hələlik hansı zəmində törədildiyi məlum deyil.

Orxan

Gununsesi.info