
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün səhər yenidən reanimasiyaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.
O bildirib ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə yenidən xəstəxanaya yerləşdirilib:
Qeyd edək ki, yanvarın 30-u Niyazi Mehdinin vəziyyətinin pisləşməsi ilə əlaqədar ilkin məlumat yayıldı. Ailə üzvləri bildirdi ki, onun ayağında qanqrena başlayıb. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verilib.
Əməliyyatdan sonra isə Niyazi Mehdinin vəziyyəti nisbətən stabilləşdi. Əməliyyatdan sonra palataya köçürülən alim fevralın 6-ı evə buraxılmışdı.